Ölkə futbolu
“Sabah”da yeni baş məşqçi
“Sabah” FK-nın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.
Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra “Sabah” Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.
Qeyd edək ki, əvəzedici komandaya yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandası 2019/20 mövsümünü çempion kimi başa vurub.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı