Ölkə futbolu
“Sabah”da yeni müdafiəçi – RƏSMİ
“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” “Keşlə”dən ayrılan müdafiəçi Slavik Alxasovu transfer edib. Alxasovla 2+1 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.
“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib