Bizi izləyin

Ölkə futbolu

“Sabah”dan 3 qolla 9 xal qoparan “Zirə”, “Araz-Naxçıvan”ın bitməyən seriyaları

blank
blank

Misli Premyer Liqasının XXVIII turu çempionluğun rəsmiləşməsi ilə nəticələndi. Uzun müddətdir böyük fərqlə rəqiblərini qabaqlayan “Qarabağ” mövsümün sonuna 8 tur qalmış birinciliyi təmin etdi. Bu, Ağdam klubunun ardıcıl 3-cü, ümumilikdə isə 11-ci çempionluğu oldu. “Qarabağ”ın görüşü istisna olmaqla, turun digər matçlarında az sayda qol vuruldu.

Üstün oynayan “Qəbələ”, qalib gələn “Neftçi”

Çempionatda qalmaq uğrunda çırpınan “Qəbələ” nə qədər çalışsa da, “qara zolaq”dan çıxa bilmir. Əslində, “Neftçi” ilə ev oyununda üstün tərəf “qırmızı-qaralar” oldular. Di gəl ki, saysız-hesabsız hücumlar, yaradılan qol vəziyyətləri səmərə vermədi. “Neftçi” bu görüşdə qazandığı 3 xala görə ilk növbədə qapıçısı Rza Cəfərova minnətdar olmalıdır. Gənc qolkiper turdan-tura, oyundan-oyuna “artırır” və əsas heyətdəki yerini möhkəmləndirir. 20-ci dəqiqədə Ürfan Abbasovun yaxın məsafədən başla zərbəsinə əla reaksiya verən Cəfərov yaxın gələcəkdə millinin də əsas qapıçı olacağını hiss etdirməkdədir.

“Qəbələ”nin hücumları fayda verməyincə, futbolun yazılmamış qanunu, “vurmayana vurarlar” prinsipi işə düşdü. Qonaqların heyətində ön xətdə ən fəal oyunçu olan Kilan Lebon 42-ci dəqiqədə cərimə meydançasına daxil olaraq uzaq küncü dəqiq nişan aldı və ustalıq səviyyəsinin futbolda böyük rol oynadığını göstərdi.

Bir saatın tamamında “Qəbələ”nin qol istəyinin qarşısını yenə Rza aldı. O, Osama Xalaylanın başla uzaq küncə göndərdiyi topu əla sıçrayışla dəf edərək növbəti dəfə komandasının köməyinə çatdı. Kaxaber Sxadadzenin yetirmələri nə qədər çalışsalar da, istəklərinə çatmadılar. “Neftçi” isə 3 xalı tək qolla qazanmaqla, ikinci yerə ən iddialı komanda olduğunu nümayiş etdirdi.

26 xallıq fərqin gətirdiyi 11-ci çempionluq

“Kəpəz” “Qarabağ”la görüşə istəkli başlayıb 1-2 təhlükəli epizod yaratsa da, çox keçmədi ki, Ağdam klubu üstünlüyü ələ aldı. Oyunda hesabın açılması özünü çox gözlətmədi. 21-ci dəqiqədə Zubirin ötürməsini qəbul edən Romao cərimə meydançası həndəvərindən əla zərbə ilə baxımlı qola imza atdı. Tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyədək hesab dəyişmədi. “Kəpəz”in heyətində Martins Junior xüsusən fəal idi. Ancaq onun zərbələri gah qeyri-dəqiq alınır, gah da Lunyov qola imkan vermirdi.

İkinci yarı bolqollu alındı. 17 dəqiqə ərzində daha 4 qol vuran “Qarabağ”da Juninyo dubl edərək cari mövsümdə qollarının sayını 17-ə çatdırdı, həmçinin Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər. Son dəqiqələrdə əvvəlcə Redon Cica topu boş qapıya göndərməklə adını tabloya yazdırdı. Matçda son nöqtəni isə 90 dəqiqənin tamamında “Kəpəz”in futbolçusu Latir Fal qoydu. Bu, gəncəlilər üçün təsəllidən başqa bir şey olmadı.

Beləliklə, ən yaxın izləyicisi, əzəli rəqibi “Neftçi”ni 26 xal (!) qabaqlayan “Qarabağ” vaxtından əvvəl çempionluğu təmin etdi. Qurban Qurbanovun komandasının bundan sonrakı hədəfi ölkə kubokunu qazanmaqdır. Yarımfinalda “Neftçi” ilə üz-üzə gələcək ağdamlılar indidən növbəti avrokubok mövsümünün planlarını da cıza bilərlər.

“6 xallıq oyun”dan hərəyə 1 xal

“6 xallıq oyun” hesab edilən “Səbail” – “Turan Tovuz” matçında hər iki tərəf meydana qələbə üçün çıxmışdı. “Səbail” doğma meydan amilindən istifadə etməyə çalışır, öz növbəsində tovuzlular da səfərdə oynamalarına baxmayaraq, ilk dəqiqələrdən hücuma atılırdılar. Belə epizodların birində Xəyal Nəcəfovun uzaq məsafədən zərbəsini “Səbail”in qolkiperi Səlahət Ağayev əla sıçrayışla dəf etdi. “Dənizçilər”in cavab hücumunda isə hesab açıldı. Komandanın liderlərindən olan Pedro Nuno cərimə meydançası daxilində sol ayağı ilə qarşısıalınmaz zərbə endirdi – 1:0.

Bu hesabla barışmayan “Turan Tovuz” tarazlığı bərpa etmək üçün dərhal irəli atıldı. Qonaqların heyətində xüsusən Aleks Souza və Fərid Nəbiyev fəallığı ilə seçilirdi. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Ayxan Abbasovun komandası istəyinə çatdı. Hakim Səlahət Ağayevin Aleks Souzaya qarşı kobud oynadığını əsas gətirərək, penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Fərid Nəbiyev isə qüvvətli zərbə ilə toru silkələdi – 1:1.

Fasilədən sonra “Turan Tovuz” daha fəal idi. 57-ci dəqiqədə Souza topu yaxşı qəbul edə bilsəydi, yəqin ki, hesab dəyişəcəkdi. Oyunun son dəqiqələrində “Səbail” də kəsərli hücumlar qurmağa başladı. Ancaq gah zərbələrdəki qeyri-dəqiqlik, gah da “Turan Tovuz”un qapıçısı Aydın Bayramov qola mane oldu. Nəticədə tərəflər meydanı “sülhlə” tərk etməli oldular.

Renduliçin ilk məğlubiyyəti

Krunoslav Renduliçin gəlişindən sonra hər iki görüşdə qələbə qazanmış “Sabah” uğurlu seriyanı “Zirə” ilə ev oyununda da davam etdirmək istəyirdi, ancaq buna nail olmadı. Matçın taleyini 1 qol həll etdi. 25-ci dəqiqədə Qismət Alıyevin kornerdən ötürməsini Ruan Renato dəqiq baş zərbəsi ilə meydan sahiblərinin qapısından keçirdi.

“Sabah” sonrakı dəqiqələrdə nə qədər cəhd göstərsə də, hesabı bərabərləşdirə bilmədi. “Zirə”li futbolçular rəqibə onların cərimə meydançasına daxil olmağa çox icazə vermirdilər. Bu səbəbdən “Sabah” daha çox uzaq məsafədən zərbələrə bel bağlayırdı. Ancaq bu yolla da qonaqları məyus etmək mümkün olmadı. Nəticədə hakimin final fiti “Zirə”nin minimalhesablı qələbəsini rəsmiləşdirdi.

Maraqlıdır ki, cari mövsümdə bu komandaların hər 4 oyununda bu hesab qeydə alınıb. Bunlardan 3-də sevinən tərəf Rəşad Sadıqovun yetirmələri olduğu halda, bir görüşdə “Sabah” meydanı 3 xalla tərk edib.

Sumqayıtda “Kamranbəy şousu”

Tura Sumqayıtda yekun vuruldu. “Araz-Naxçıvan”ı qəbul edən “gənclik şəhəri” təmsilçisi qələbə qazanmaq, beləcə ikincilik mübarizəsindən qopmamaq niyyətində idi. Son 5 oyunda qalibiyyət üzünə həsrət qalan Naxçıvan təmsilçisi isə uğursuz gedişata son qoymağı hədəfləmişdi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun boş tribunaları yenə “göz deşirdi”. Oyunu cəmi 1200 tamaşaçının izləməsi xoş mənzərə deyildi. Qarşılaşma erkən qolla başladı. 5-ci dəqiqədə Rezabala rəqib qapıçı ilə təkbətək çıxsa da, qeyri-dəqiq zərbə ilə fürsəti qaçırdı və zərbəni endirdikdən sonra ayağını yığışdırmağa çalışan rəqib qapıçıya ilişərək yerdə qaldı. Matçın baş hakimi Kamranbəy Rəhimovun bu epizodu penalti kimi qiymətləndirməsi qonaqların texniki zonada əyləşən üzvlərini haqlı olaraq özündən çıxartdı. Epizod VAR-da yoxlanılsa da, qərar dəyişmədi və “Araz-Naxçıvan”ın qapısına müəmmalı 11 metrlik cərimə zərbəsi təyin olundu. Ağ nöqtəyə yaxınlaşan Kasimir Ninqa dəqiq zərbə ilə komandasını hesabda önə çıxartdı. Sonrakı dəqiqələrdə də yanlış qərarları olan Kamranbəy ümumilikdə matçı bərbad idarə etdi.

İlk hissənin sonrakı dəqiqələrində hər iki tərəfin təhlükəli hücumları, uzaq məsafədən zərbələri olsa da, həm “Sumqayıt”ın, həm də qonaqların qapıçısı səhvsiz oynadı. İkinci hissənin gedişində Naxçıvan klubunun çalışdırıcısı Azər Bağırov bir neçə dəyişikliyə əl atsa da, onun cəhdləri hesabın dəyişməsi üçün yetərli olmadı. “Sumqayıt” hesabdakı üstünlüyünü sonadək saxladı və vacib 3 xal əldə edərək, “Zirə”nin ondan uzaqlaşmasına imkan vermədi. “Araz-Naxçıvan”ın isə son turlardakı qələbəsizlik seriyası 6-ya çatdı. Bundan əlavə, Azər Bağırovun yetirmələri cari mövsümdə keçirdikləri 4-cü oyunda da Samir Abasovun komandasına qalib gələ bilmədi.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


Ölkə futbolu2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm