Ölkə futbolu
“Sabah”dan 6-cı transfer
Futbolinfo.az-ın daha bir xəbəri rəsmi təsdiqini tapıb. Belə ki, “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Bakı təmsilçisi yarımmüdafiəçi Aleksey İsayevi transfer edib. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.
Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev və Slavik Alxasovu heyətinə cəlb edib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”