Premyer-liqa
“Sabah”dan tarixi ilk
Premyer Liqanın XVIII turu çərçivəsində baş tutan “Sumqayıt”la səfər oyunu “Sabah” üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən görüşdə 6:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi tarixinin ən böyük hesablı qələbəsini qazanıb.
Sözügedən komanda daha öncə bir neçə dəfə 5:0 hesablı qələbə qazansa da, ilk dəfə bir matçda 6 top fərqi ilə qalib gəlib.
Qeyd edək ki, bu matçda qollara Emmanuel Apeh, Aleksey Kaşuk, Coy-Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov imza atıblar.