I Liqa
“Sabah”ın hücumçusu rəsmən “Kəpəz”də
Sabah Birinci Divizionda 4-cü tura start veriləcək.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə meydana çıxacaq “Kəpəz” doğma meydanda Zaqatalanın eyniadlı komandasını qəbul edəcək.
“Sarı-göylər” bu gün görüşün keçiriləcəyi Gəncə şəhər stadionunun əsas meydançasında oyun öncəsi son məşqə çıxıblar. Hazırlıq prosesi yüngül xarakter daşıyıb və məşqdə əsasən toplu və taktiki çalışmalara yer verilib.
“Zaqatala” ilə oyunda komandanın üç futbolçusu iştirak edə bilməyəcək. Sadiq Şəfiyev ilə Elmar Rəhimov zədəli, İbrahim Camalov isə cəzalı olduğundan qarşıdakı matçın sifariş ərizəsinə daxil edilməyəcəklər. Əvəzində cəzaya görə ötən turu buraxan Novruz Məmmədov sıraya dönüb.
Bu arada “Kəpəz” daha bir futbolçu ilə güclənib. Son klubu “Sabah” olan gənc hücumçu Emil Qasımov Gəncə klubuna keçib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”