Bizi izləyin

Ölkə futbolu

“Sabah”ın riskli seçimi

blank
blank

Kimin ağlına gələrdi ki, mövsümün əvvəlində “çempionluğa oynayacaq” dediyimiz “Sabah” belə vəziyyətə düşəcək. Hər nə qədər Aleksey Kaşukla Coy-Lens Mikelsin gedişinin komandanın çıxışına təsir göstərəcəyini düşünsək də, vəziyyətin bu qədər acınacaqlı olacağını gözləmirdik. Yuxumuza da girməzdi ki, “Sabah”ın xilaskarına çevrilən Murad Musayev də çətinliklərin öhdəsindən gələ bilmədiyini etiraf edərək istefa vermək məcburiyyətində qalacaq.

“Partizan”ı keçməyə yaxın olan bir komandanın oyununda penaltilərdəki uğursuzluqdan sonra 180 dərəcə pisliyə doğru dəyişmə bütün sistemi dağıtdı. Amma həyat yerində dayanmır. Bu, artıq baş verdi, indi isə vəziyyətdən çıxaq lazımdır.

Məlum məsələdir ki, “Sabah” yerli mütəxəssisə tapşırılmayacaqdı, ölkə xaricindən kimisə gətirəcəkdilər. Yeni baş məşqçisi Murad Musayev kimi sürət yığa biləcəkdimi? Hamını bu sual düşündürdüyü halda, “bayquşlar”ın səsi Balkan yarmadasından gəldi. Serbiya klubunun zərbə vurduğu komandaya Xorvatiyadan dəstək gəldi.

Krunoslav Renduliç – Azərbaycanda bu şəxsi tanımırlar. Halbuki, Musayevi bura gələndə “Krasnodar”dakı uğurlu fəaliyyətinə görə tanıyırdıq. Renduliç də uğursuz məşqçi deyill. Amma bu regionun adamı olmadığına görə, Qafqaz futbolundan baş çıxara biləcəkmi? Zaman göstərəcək. Elə biz də zamana boylanmaq qərarına gəldik. Amma gələcəyə yox, keçmişə. Kruniçin keçmişinə…

1973-cü il sentyabrın 26-da Xorvatiyanın Vinkovtsi şəhərində dünyaya gələn Renduliç oyunçu kimi futbolun sirrlərinə “Osiyek” akademiyasında yiyələnib. O, 1992-ci ildə bu komandanın heyətində debüt oyununa çıxıb. Müdafiəçi mövqeyində oynayan Renduliç daha sonra 13 klub dəyişib ki, bunların arasında bəzən vaxtilə oynayıb sonra yenidən ora qayıtdığı komandalar da olub.

Renduliçin “Osiyek”lə yanaşı çıxış etdiyi köklü klublardan biri də “Hayduk” və “Riyeka” olub.  Amma bu komandalarda 1-2 il oynamağı bacarıb. 2014-cü ildə karyerasını ölkəsinin “Luçko” klubunda bitirən Krunoslav elə həmin il İrana yollanıb. Bu ölkədə “Fulad” komandasında köməkçi-məşqçi vəzifəsində çalışan xorvatiyalı 2016-cı ildə vətəninə qayıdıb. Amma burada iki il özünə iş tapa bilməyib.

Nəhayət, 2018-ci ildə Xorvatiya çempionatında çıxış edən “İstra”dan dəvət alıb. 13-cü turdan bu komandanı götürən Renduliç 11 oyunda 7 məğlubiyyətdən sonra istefaya göndərilib. 10 komandalıq çempionatda o gələndə “İstra” 9-cu yerdə idi və 6-cı yerdən 4 xal geridə qalırdılar. Qovulanda isə artıq bu fərq 17 idi.

2019-cu ildə haqqında danışdığımız mütəxəssis 1-ci Liqada “Şibenik”in sükanı arxasına keçib. Renduliç 1997-99-cu illərdə orada futbolçu kimi də çıxış edib. 30 turluq çempionat koronavirusa görə 19 turdan sonra dayandırılıb, lider “Şibenik” isə 8 illik fasilədən sonra elitaya vəsiqə qazanıb. Amma komandanın yüksək liqada 2021-ci ilin fevralında ardıcıl 6 matçlıq uğursuz seriyasından sonra (4 məğlubiyyət, 2 heç-heçə) 26-cı turdan sonra ona istefa ərizəsi yazdırılıb.

Cəmi 2 ay sonra Krunoslav yüksək divizionun digər klubu – “Qoritsa”nın baş məşqçisi təyin olunub. Əslində, bu komanda 2021/22 mövsümünə pis başlamayıb. Hətta 19 turdan sonra 5-ci pilləyə də yüksəlib. Amma sonradan “Qoritsa”da eniş dövrü yaşanıb. Dekabrın ortalarından etibarən isə vəziyyət artıq nəzarətdən çıxıb. “Qoritsa” çempionatda ardıcıl 6 oyunda məğlub olub, ölkə kubokunun yarımfinalında isə “Hayduk”a uduzub. Bu da Renduliçin qovulmasına səbəb olub.

Ardınca Renduliç 2022-ci ilin ortalarında qısa müddətə İrana qayıdıb və cəmi 1 oyunda bu millinin sabiq baş məşqçisi Draqan Skoçiçin köməkçisi işləyib.

Mütəxəssis ən böyük uğurlarını isə Bosniya və Herseqovinada qazanıb. “Zrinski” onun rəhbərliyi altında 2022/23 mövsümündə ölkə çempionatının və kubokunun qalibi olub.

Renduliç bu komanda ilə cari mövsümdə UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb. E qrupunda “Aston Villa”, “Legiya” və “AZ Alkmaar” ilə qarşılaşan “Zrinski” 4 xal toplayaraq sonuncu pillədə qərarlaşıb. Baş məşqçi çempionatda 4-cü pillədəki “Velej”ə böyükhesablı səfər məğlubiyyətindən (0:3) sonra gözlənilmədən istefa verib. “Zrinski” həmin vaxt 2-ci yerdə olub və lider “Borats”dan 4 xal geri qalıb.

Bəli, göründüyü kimi, son iş yeri onun karyerasının əsas vizit vərəqinə çevrilib. “Sabah” isə bu vizit vərəqindən dəvətnamə düzəldib. Maraqlı seçimdir, bəs görəsən uğurlu olacaqmı? Musayevə qədər seçimlər uğurlu olmayıb, hətta rusiyalı mütəxəssis belə yüksəltdiyi komandanı enişdən xilas edə bilməyib. Xorvatiyalının üzərinə böyük yük düşəcək. Bu mövsüm komandanı Konfrans Liqasına daşımaq olar. Komanda hazırda 6-cı pillədə qərarlaşıb və 2-ci pillə ilə aralarında 3 xallıq fərq var. Hər şey öz əllərindədir.

Görək, xorvatiyalı kollektivə necə nüfuz edəcək? İranda işləyib, bu da o deməkdir ki, regiondan xəbərdardır. Amma gəlin gözləyək və “Sabah”ın uğurlu seçim etdiyinə ümid bəsləyək. Hər halda, gələcəyə diqqət ayıran klubdur və onun uğuru futbolumuzun uğurudur!

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm