Ölkə futbolu
“Sabah”ın sabiq hücumçusu Argentina klubunda

“Sabah” və “Zirə”nin sabiq futbolçusu Xulio Sezar Rodriqesin yeni klubu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Argentinada davam etdirəcək.
Paraqvaylı forvard “Gilyermo Braun”la anlaşıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır.
Xatırladaq ki, 2019-cu ildə “Zirə”nin formasını geyinən Xulio Rodriqes, 2020-2022-ci illər aralığında “Sabah”ın uğurları üçün çalışıb. O, 2022-ci ilin yayında paytaxt klubundan ayrılandan bəri işsiz idi. Hücumçu daha öncə də Argentinanın müxtəlif klublarında forma geyinib.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu