Ölkə futbolu
Sabiq futbolçusu “Qarabağ”da məşqçi olmaq istəyir
Muarem Muarem futbolçu karyerasını başa vurub. 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinmiş şimali makedoniyalı məşqçiliyə başlayıb.
Futbolinfo.az-a danışan sabiq yarımmüdafiəçi qərarını belə izah edib: “Qostivar”la ikinci liqada çıxış edirdim. Komanda bu mövsüm yüksək liqaya çıxdı. Ancaq rəhbərlik karyeramı başa vuraraq, köməkçi-məşqçi kimi çalışmağımı təklif etdi. Düşündüm ki, onsuz da karyeramın sonlarıdır, bundan sonra ən çox 1-2 il oynaya bilərəm. Amma sonra haradasa məşqçi kimi çalışmaq imkanım olmaya bilər. Buna görə də təklifi qəbul etdim”.
Muarem nəvaxtsa “Qarabağ”da işləməyi arzulayır: “Belə təklif alsam, məşqçi kimi ən böyük arzularımdan biri gerçəkləşmiş olar. Albaniya millisində və “Qarabağ”da çalışmaq mənim üçün fəxr olar. İnanıram ki, gələcəkdə məşqçi qismində Azərbaycana qayıdaram. Çünki ölkənizi çox sevirəm, orada özümü yad hiss etmirəm. Azərbaycan ikinci vətənimdir. Üstəlik, əminəm ki, “Qarabağ”ın qapıları hər zaman üzümə açıqdır. Amma əvvəlcə məşqçi kimi püxtələşməliyəm”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə