Dünya futbolu
Sabiq klub prezidenti koronavirusdan öldü
Niderlandın “Vitess” klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.
Futbolinfo.az “De Gelderlander”ə istinadən xəbər verir ki, o, koronavirus infeksiyasına yoluxduğu üçün vəfat edib.
Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub.
Qeyd edək ki, Kes Bakker 2003-2004, 2008-2009 və 2016-2017-ci illərdə “Vitess”in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı