Digər idman növləri
Sabonisin oğlundan daha bir nailiyyət
“Sakramento Kinqs” komandasının ağır forvardı Domantas Sabonis “San Antonio Spörs”lə görüşdə (127:122) növbəti dabl-dablını edib. Bununla da o, bu cür oyunlar seriyasını 38-ə çatdırıb. Bu onun karyerasında ən uzun seriyadır.
Onu da əlavə edək ki, MBA-da 2011-ci ildən bəri belə bir seriya olmamışdı. Axırncı dəfə Kevin Lav ardıcıl 38 oyunda dabl-dabl etmişdi.
Xatırladaq ki, “San Antonio Spörs”lə oyunda Sabonis 22 xal toplayıb. Bundan başqa o, 11 ribaund və 11 assist etməklə tripl-dabla imza atıb. Bu həm də onun karyerasında 50-ci tripl-dabl olub. Litvalı basketbolçu liqa tarixində bunu bacaran 11-ci oyunçudur.
Qeyd edək ki, “Sakramento Kinqs” komandasının müntəzəm çempionatda növbəti oyunu bazra ertəsi “Los-Anceles Klippers”ə qarşı olacaq.