Digər idman növləri
Sabonisin tripl-dablı komandasına qələbə qazandırdı
MBA-da bu gec müntəzəm çempionat çərçivəsində 5 oyun keçirilib.
Qərb konfransının lideri “Minnesota Timbervulvs” çətin Orlando səfərində qələbə qazanıb. 113:92. Görüşün ən məhsuldar oyunçusu 28 xal toplayan Tauns olub.
“Sakramento Kinqs” də səfərdə qalib gəlib. Lakin onların rəqibi autsayder “Detroyt Pistons” olub. Sabonis növbəti dəfə tripl-dabl edib. Litvalı basketbolçunun göstəriciləri 37 xal, 10 ribaund və 13 asist təşkil edib.
Nyu-Yorkda “Niks” “Portlend Treyl Bleyzers”dən üsün olub. 112:84. Anunobi görüşü 23 xalla tamamlayb. Qonaqların heyətində Qrant 21 xal toplayıb.
Ca Morantın zədələnməsi “Memfis Qrizliz”ə Dallasdakı oyunda təsir etməyib. Qonaqlar gözlənilmədən qələbə qazanıblar. 120:103. Meydan sahiblərindən İrvinq 33, Donçiç isə 31 xal toplayıb.
Ən məhsuldar görüş Los-Ancelesdə baş tutub. Lebron Ceymsin komandası “Toronto Reptors”u 132:131 hesabı ilə məğlubiyyətə uğradıb. Entoni Devisin aktivində 41, Lebronun isə 22 xal var.