Premyer-liqa
Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO
Misli Premyer Liqasının 6-cı turunun “Səbail” – “Kəpəz”(0:3) matçından sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev mətbuat konfransında iştirak edib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının səfərdəki inamlı qələbəsi barədə bunları deyib:
“Hesab bizi aldatmasın. Çətin oyun oldu. Meydançanın ideal olmaması topa nəzarətdə problem yaradırdı. Əlimizdə düşən fürsətlərdən istifadə etdik. Bir neçə qol epizodumuz da var idi. Amma inanın, ən çətin oyunlarımızdan birini keçirdik. İlk hissədə mənim istədiyim futbolu oynaya bilmədik. Artıq komandanın oyunun var, həm də nəticəyə oynaya bilirik. “Kəpəz”ə qol epizodu vermədik. Müdafiədə etibarlı oynadıq, hücumda kreativ oynamağa çalışdıq. Qələbəyə layiq idik. Matçdan əvvəlki analizlərimizdə bizi çətin oyunun gözlədiyini düşünürdük. “Kəpəz”in cinahlarını bağladıq, Abdullah Şuaybunun sürətini “söndürə” bildik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…