Milli komanda
Şahruddin Məhəmmədəliyev 3-cü oldu
UEFA DÇ-2022-nin seçmə mərhələsinin 6-cı turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.
27 yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 31 “seyv”lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 qurtarışla ikinci sıradadır.
Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:3 hesabı ilə uduzub.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu