“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev heyətə cəlb edilib.

30 yaşlı qapıçı ağdamlılarla birillik müqavilə imzalayıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən qolkiper gələn ilin yayına qədər ölkə çempionunda çıxış edəcək.

Məhəmmədəliyev 2016-2023-cü illərdə də “Qarabağ”ın formasını geyinib. O, ötən ilin yayında “Adana Dəmirspor”a məhz “Qarabağ”dan keçmişdi. Şahrudin “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Azərbaycan millisində 29 oyun keçirib.

Shares: