Dünya futbolu
Şahruddinin məşhur komanda yoldaşı İtaliyaya dönmək istəyir
İtaliyalı futbolçu Mario Balotelli “Adana Demirspor” komandasını tərk edə bilər. Bu barədə “Footmercato” məlumat verib.
Mənbənin xəbərinə görə, forvard rəhbərliklə müqavilənin vaxtından əvvəl tamamlanması üçün danışıqlar aparır. Çox güman ki, sözləşməyə bu ay xitam veriləcək. Futbolçu A seriyasına dönərək İtaliya milli komandasına çağırılmaq arzusundadır. Marionun əsas məqsədi legioner həyatını yekunlaşdıraraq İtaliyada birdəfəlik məskunlaşmaqdır. Hazırda 3 klub Balotelliyə təklif göndərə bilər. Bunlar “Udineze”, “Salernitana” və “Empoli”dir.
Xatırladaq ki, bu mövsüm Türkiyə çempionatında Balotelli 5 oyunda meydana çıxıb və 3 qol vurub.