Dünya futbolu
Salah “Liverpul”dan gedir?
Məhəmməd Salahın “Liverpul”u tərk edəcəyi ilə bağlı xəbərlər doğru deyil. Misirli hücumçu mövcud anlaşmasına sonadək sadiq qalmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatında mersisaydlıların Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə Salahın klubunu dəyişəcəyi barədə xəbərlər var. Ulduz oyunçunun hazırda yaxşı durumda olmayan komandanı tərk etməyə hazırlaşdığı deyilir.
Lakin Salahın meneceri Remi İssa xəbərləri təkzib edir: “Bu yalandır. Belə bir düşüncəmiz yoxdur. Ümumiyyətlə, bu mövzuda heç bir müzakirəmiz olmayıb”.
2017-ci ildən “Liverpul”da olan 30 yaşlı misirlinin klubla müqaviləsinin 2025-ci ilin yayında başa çatacağını xatırladaq. Komanda hazırda Premyer Liqada 7-ci pillədə qərarlaşıb. ÇL-ə vəsiqə verən 4-cü yerdə mövqe tutan “Tottenhem”dən 9 xal geri qalan mersisaydlıların ehtiyatda 2 oyunu var.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var