Dünya futbolu
Salemakers Marselə köçə bilər
Aleksis Salemakers tezliklə “Milan”dan ayrılacaq. Baş məşqçi Stefano Piolinin sərəncamında görmək istəmədiyi belçikalı yarımmüdafiəçi transfer pəncərəsi bağlanana kimi iş yerini dəyişəcək.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı oyunçunu Marsel “Olimpik”i icarəyə götürmək niyyətindədir. A Seriyası təmsilçisi onu birdəfəlik satmaq istədiyindən məsələ açıq qalıb. Fransa klubu oyunçunu almaq istəsə, “rossonyerlər” güzəşt etməyə də razıdır.
2020-ci ildə “Anderlext”dən gələn futbolçunun milanlılarla hələ daha üç illik müqaviləsi var.