I Liqa
“Şamaxı” güclənir – daha ikisi gəldi
“Şamaxı” heyətini gücləndirməyə davam edir. I Liqa klubu Premyer Liqaya yüksəlmək üçün mövsümün ikinci yarısında daha yaxşı çıxış etmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Ramiz Məmmədov I Liqada oynayan digər klubların üzvlərini heyətinə qatır. Onlardan daha ikisinin keçidi tezliklə açıqlanacaq.
Əldə etdiyimiz bilgiyə görə, “Mingəçevir”dən Roman Hüseynov, “Zaqatala”dan Bəhruz Teymurovun keçidi rəsmiləşmək üzrədir.