Bizi izləyin

Ölkə futbolu

“Şamaxı” üçün edilən saxtakarlıq: klub “Keşlə”nin varisi deyil?

blank
blank

Sosial şəbəkədə, mətbuatda yayılan fotoların rəsmi əsasının olmadığına ümid edirik. Əks halda, AFFA-nın növbəti saxtakarlığından söz açmalı olacağıq. Söhbət “Şamaxı”ya çevrilən “Keşlə”nin imic dəyişikliyindəki qanunsuzluqdan gedir.

Milli komandanın nəticəsinin yaratdığı şokdan ayılmamış gözümüz “Şamaxı”nın yeni loqosuna sataşdı. Pişiyəoxşar şirlərin çox kobud təsvir olunduğu, zövqsüz dizaynlı emblem əyalətə köçən paytaxt klubunun tanınma nişanı olmalıdı. Hər nə qədər Şirvanşahlar dövrünün simvollarının əks olunduğu iddia edilsə də, şirlər loqoda təhqir olunmuş formada əks olunub, qədim şəhərimizin özəlliyini özündə əks etdirən heç nə yoxdu. Loqoda “Şamaxı” sözü yol-tanınma nişanıymış kimi çox kobud, iri hərflərlə yazılıb.

Emblemin hazırlanması üçün neçə min manatın büdcədən silindiyini deyə bilmərik, amma onu ortabab dizaynerin də deyil, kompüter proqramlarından başı çıxan istənilən şəxsin hazırlaya biləcəyini çəkinmədən iddia edə bilərik. İctimai müzakirəyə təqdim olunmadan, heç bir müsabiqə elan edilmədən ortaya çıxan loqo tələm-tələsik, gizli şəkildə klub avtobusuna da həkk edilib və yəqin ki, onun üçün də kifayət qədər yüksək məbləğ cibə ötürülüb.

Loqonun zövqsüz hazırlanması öz yerində, üzərinə yazılan 2022 rəqəmi daha çox müzakirə edilməlidi. Klubun yaranma ilini bildirən bu rəqəm Ədliyyə Nazirliyindəki rəsmiləşdirmənin eynidirsə, klub, onun himayəçisi və maliyyə təminatçısı AFFA böyük saxtakarlığa əl atıb. Çünki “Şamaxı” yeni yaranan klub deyil, “Keşlə”nin varisidi, deməli, həm də onun tarixinə sahib olmalıdı. Buna əməl edilmirsə, klub qanunları, xüsusilə də AFFA-nın bəh-bəhlə arxasında gizləndiyi lisenziyalaşdırma tələblərini pozub.

“Şamaxı” Premyer Liqada yeni klub kimi peyda ola bilməz, o yalnız “Keşlə”nin varisi kimi yola davam etməlidi. Elitaya yüksəlmək üçün komanda azı 3 il divizionda oynamalıdı. “Şamaxı” isə nəinki aşağı dəstədən yüksəlmir, hətta mövsümün gedişində başqa bir klubun nəticələrinə sahiblənərək yola davam edir.

Ola bilsin ki, məsələ ictimailəşdikdən sonra klub tələsik emblemə əl gəzdirib üzərindəki yaranma tarixini düzəldəcək. Amma o zaman klub avtobusunun görünüşü də yenilənməlidi. İstənilən halda, ya klubun yaranma ili “Keşlə”nin varisi olaraq 2004-cü il göstərilməli, ya da o Premyer Liqadan qovulmalıdı.

AFFA yəqin ki, bu barədə sorğuya cavab verməyəcək, məsuliyyəti klubun boynuna atacaq. Amma qabıq dəyişməkdə olan “Keşlə”dən də kimisə tapmaq mümkün deyil. Klub rəhbərliyi qeybə çəkilib, digər rəsmilər Zaur Axundovdan icazəsiz danışmağa qorxur. Yiyəsizliyin hökm sürdüyü paytaxt/əyalət təmsilçisində kimin nəyə cavabdehlik daşıdığı bilinmir.

“Şamaxı” klubu başıbəlalıdı, ağrılı keçmişə malikdi. Bu klub 1997-2004-cü illərdə fəaliyyət göstərən “Xəzər Universiteti”nin bazasında yaranıb. O zaman Beynəlxalq Bank 200 min dollar ödəyərək kluba sahiblənmişdi. Amma klub “İnter”ə çevrilərkən yaranma ili kimi 1997-ni götürmədi, futbol təsərrüfatımızda yeni klubların yarandığı, hamının sorğu-sualsız güclülər dəstəsinə buraxıldığı həmin dövrdə bakılılar 2004-ü loqosuna həkk etdi. 2017-də isə “İnter” adını dəyişib “Keşlə”yə çevrildi və klubun varisi oldu. Yuxarıda qeyd etdiyimiz tələblər üzündən bu dəfə yaranma tarixini dəyişə bilmədilər və “Keşlə” yaranan kimi birdən-birə 13 yaşını tamamladı.

Və indi “Keşlə”nin də loqosuna həkk etdirdiyi 2004 yaddan çıxıb, “Şamaxı” yeni klub kimi elan edilib. Bu, qəbuledilməzdi, dəyişiklik edilməzsə, saxtakarlığı sonadək ifşa edəcəyik, klubun Premyer Liqada qanunsuz iştirakını ictimailəşdirəcəyik.

Əslində, “Şamaxı”nın yeri futbol ənənələrini sahiblənməsi daha yaxşı olardı. 1990-cı ildə yaranan “İnşaatçı”, 92-də adını dəyişərək “Şirvan”a çevrilmişdi. Araşdırılsa, tarixi şəhərimizdə futbolun ənənələri daha qədimə gedib çıxır. Onları unudub “Keşlə”dən yeni klub qondarmaq, üstəlik, onun 2022-ci ildə yarandığını elan etmək ənənələrə hörmətsizlikdi. Rəhim Həsənov, Rafiq Cabbarov, Şahin Qədirov, Elşad Hacıyev, Tofiq Nurullayev, Elxan Rəsulov, Elxan Orucov, İlqar Əlibabayev kimi futbolçuların çıxdığı şəhərdə futbolun tarixi 2022-dən hesablana bilməz.

Bu, tarixi ənənələrə ilk hörmətsizlik faktı deyil. 15-20 il öncə yeni klublar yaranıb elitaya buraxılarkən əcaiblikləri çox görmüşük. “Xəzər Lənkəran” “Xəzər”in, “Sumqayıt” “Polad”dan “Vosxod”adək bir neçə klubun, “Bakı” “Dinamo”nun, “Muğan” “Plastik”in, “Simurq” “Daşqın”ın tarixinə hörmətsizlik etdi. Məhz tarixə belə biganəliyin nəticəsidir ki, keçmişimizlə, ənənələrimizlə öyünə bilmirik. Əslində, tarixi qədimlik var, amma hamısı məmurların eqoları üzündən toz-torpaq altında qalıb, kimsə də araşdırmağa cəhd etmir.

Premyer Liqa klublarına nəzər yetirsək, “Neftçi” və “Qarabağ”dan başqa kimsənin yaşı 10-15 ili keçmir. Halbuki futbolumuzun bir əsrdən çox yaşı olduğunu deyirik, tarixi sənədlər də bunu göstərir. Amma tarixə sahib çıxmaq lazım gələndə hansısa borcdan, maliyyə öhdəliklərindən qurtulmaq üçün “Turan”ı “Turan Tovuz”, “Kəpəz”i “Gəncə” edirik. “Keşlə”nin “Şamaxı”ya çevrilməsi isə tragikomediyadı – Şirvanşahların şiri hara, loqodakı 2022 hara?

CAVAD

P.S.: Tarixə sənədlərə görə, Azərbaycanda ilk futbol klubu – “Britaniya” 1911-ci ildə yaradılıb. “İdmançı”, “Sokol”, “Temp”, “İnşaatçı” “Neftçi”dən də qədim paytaxt təmsilçiləridi, amma heç biri indi yoxdur. Hətta 1928-ci ildə yaradılan Quba “Şahdağ”ı “Neftçi”dən 9 yaş böyükdü, indi isə Region Liqasında belə oynaya bilmir. Ağdam “Qarabağ”ı yarandığı 1951-ci ili yox, 1987-ni loqosunda daşıyır. Əvəzində ermənilər futbol tariximizə də sahiblənib. Xankəndi “Qarabağ”ı 1927-də yaranıb, bugünədək də tarixiylə öyünür, bizim imtina etdiyimiz ənənələri özününküləşdirib.

blank
blank
blank
blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm