Ölkə futbolu
“Şamaxı”da xaos: müqavilə müddətini uzatmayanlar əvəzedici komandaya göndərildi
“Şamaxı”da klubdaxili ab-hava yaxşı deyil. Cari mövsüm üçün heç bir iddiası qalmayan Premyer Liqa təmsilçisi yeni çempionat üçün planlar cızır. Amma bunu etik cəhətdən düzgün sayılmayacaq formada edir.
Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Şəhriyar Əliyev əvəzedici komandaya göndərilib. Arxa xətt oyunçusu bitməkdə olan müqaviləsini yeniləmədiyi üçün bu aqibətlə üzləşib. Belə ki, o, rəhbərliyin yeni təklifini qəbul etməyib və daha yaxşı, sabit, iddialı komandada oynamaq niyyətindədi. Taleyi qaranlıq olan bölgə təmsilçisindən ayrılmaq istəyən mərkəz müdafiəçisi azad agent kimi başqa klubun düşərgəsinə yollanmaq niyyətindədi.
Klub prezidenti Zaur Axundov növbəti dəfə vədlərə aldanmayan futbolçunu “ağıllandırmaq” üçün onu ikinci komandaya göndərmək əmri verib. Lakin Şəhriyar bu durumdan da narazı deyil. Zatən mövsümün bitiminə 2 tur qalıb və o, “Şamaxı”dan canını qurtara biləcək. Ötən mövsüm kuboku əldə etməyə görə futbolçulara vəd edilən mükafatın verilməməsi, cari çempionatda maaşların və mükafatların yubanması, ən əsası, klubdaxili ab-havanın daim gərgin olması, xaosun hökm sürməsi Şəhriyarın qalmaq istəməməsinin səbəbidi.
Əliyev bu aqibəti yaşayan yeganə futbolçu deyil. Tərlan Quliyevlə Tural Axundov artıq 10 gündən çoxdur ki, əvəzedici komandaya göndərilib. Onlar da “Şamaxı”dan ayrılmaqda israrlıdı.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov