Dünya futbolu
“Sampdoriya”dan “Beşiktaş”a
“Beşiktaş” heyətinə daha bir futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Qambiya yığmasının və İtaliyanın “Sampdoriya” klubunun müdafiəçisi Omar Kolli ilə güclənib.
30 yaşlı mərkəz müdafiəçisi ilə 2.5+1 illik müqavilə imzalanıb. Türklər bu transfer üçün İtaliya klubuna 2.3 milyon avro ödəyiblər.
Kolli 2018-ci ildən oynadığı “Sampdoriya”da 136 oyuna 3 qol vurub. O, “Genk”, “Yurqorden”, “KuPS”, “Real” (Banjul) və “Uollidan” kimi klubların da formasını geyinib, Qambiya yığmasında 41 matç keçirib.