Dünya futbolu
Sanabriya ilə yeni müqavilə
Antonio Sanabriya İtaliyada qalacaq. Paraqvaylı futbolçu yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu “Torino” ilə mövcud müqaviləsini daha bir il uzadıb. Bu isə onun 2026-cı iln iyulunadək A Seriyası təmsilçisində qalacağı deməkdir.
Əvvəllər “Sasuolo”, “Roma”, “Cenoa” kimi İtaliya klublarında oynamış Antonio, 2021-ci ilin yanvarında “Betis”dən transfer edilib. O vaxt ispanlara 6,5 milyon avro ödənilmişdi.