Dünya futbolu
Saraqosanın yayadək səbri çatmadı
Brayan Saraqosa “Bayern”ə qoşulmaq üçün yayı gözləmək istəmir. Münhenlilərin yeni transferi elə bu həftə Almaniyada olmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa çempionunun 13 milyon avroya transfer etdiyi müdafiəçi yaya kimi əvvəlki klubu “Qranada”da qalmalı idi. Tərəflər bu barədə razılıq əldə etmişdi. Mövsüm tamamlanandan sonra 22 yaşlı ispan 2027-ci ilin iyununadək müqavilə bağladığı “Bayern”ə qoşulacaqdı.
Amma klublar arasında danışıqlardan sonra vəziyyət dəyişib. Futbolçunun israrı ilə “Qranada” onu indi buraxmaq məcburyyətində qalıb. Münhenlilər buna görə İspaniya klubuna əlavə vəsait ödəyəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var