Digər idman növləri
Şengünün dabl-dablı kifayət etmədi
MBA-da bu gecə keçirilən oyunlar arasında “Hyuston Rokets”in evdə məğlubiyyətini qeyd etmək olar. Adətən doğma meydançada uğurla çıxış edən texaslılar qalib gələ bilməyiblər.
Komandanın türkiyəli basketbolçusu Alperen Şengün dabl-dabl edib. O, 36 dəqiqə ərzində 30 xal toplamadan əlavə, 16 ribaundla yadda qalıb. Təəssüf ki, komanda yoldaşları ona kifayət qədər dəstək ola bilməyiblər.
İlk hissə bərabər səviyyədə keçdikdən sonra, qonaqlar 3-cü periodda görüşün taleyini həll ediblər. “İndiana Peysers”in heyətində bu mövsümün tapıntılarından sayılan Tayriz Halibörton 33 xal toplayıb.
Digər oyunlar arasında , “Memfis Qrizliz”in “Nyu-Orlean Pelikans”ı, “Los-Anceles Klippers”in “Şarlott Hornets”i və “Oklahoma Siti Tanders”in lider “Minnesota Timbervuls”u məğlub etməsini qeyd etmək olar.