Digər idman növləri
Şengünün komandası yenə məğlub oldu
MBA-nın müntəzəm çempionatında növbəti gün geridə qalıb. Bu gecə 7 oyun baş tutub. Yuta komandası “Miluoki Baks”la oyunun son periodunu 40:13 üstünlüklə tamamlamaqla qələbə qazanıb – 123:108. Qonaqların lideri Yannis Antetokumbo oyunu 33 xalla tamamlayıb.
Camal Marrey və Nikola Yokiçin 50 xalı “Denver Naggets”ə qələbə qazandırıb. Son çempion evdə Portlend təmsilçisini məğlubiyyətə uğradıb – 112:103.
“Oklahoma-Siti Tander” – “Toronto Reptors” görüşünün müqəddəratı overtaymda bəlli olub. Meydan sahibləri 135:127 hesabı ilə qələbə qazanıblar.
“Hyuston Rokets” isə növbəti səfər məğlubiyyəti ilə üzləşib. Bu dəfə onlar Minnesotada məğlub olublar – 111:90. Komandasının ən məhsuldar oyunçusu olan Alperen Şengün görüşü 15 xalla bitirib. Şərqin lideri “Seltiks” də qələbə qazanıb. Bostonda “Memfis Qrizliz” 131:91 hesabı ilə məğlubiyyətə uğradılıb. Ceyson Teytum oyunda 34 xal toplayıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var