Dünya futbolu
Sergey Rebrovun yeni iş yeri bəlli oldu
Ukraynalı məşqçi Sergey Rebrovun yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “Əl Əyn” komandasına baş məşqçi təyin olunub.
Bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rebrovla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Sergey Rebrov daha əvvəl Ukraynada “Dinamo” (Kiyev), Səudiyyə Ərəbistanında “Əl Əhli” kimi klublarda baş məşqçilik edib. Ukraynalı mütəxəssis son olaraq Macarıstan “Ferentsvaroş”unu çalışdırıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…