Dünya futbolu
“Sevilya” futbolçusunu BƏƏ klubuna satdı
Niderlandlı müdafiəçi Kərim Rekik “Əl-Cəzirə”yə transfer olunub.
Futbolinfo.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubunun mərkəz müdafiəçisinin Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müqaviləsinin müddəti açıqlanmayıb.
28 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək. BƏƏ klubu bu transferə görə La Liqa təmsilçisinə 2 milyon avro ödəyib.
Rekik 2020-ci ildən formasını geyindiyi “Sevilya”da 70 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.
Niderland yığmasında 4 oyun keçirmiş müdafiəçi “Mançester Siti”, “Portsmut”, “Bləkbörn”, PSV, “Olimpik” (Marsel), “Herta” kimi klublarda da forma geyinib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq