Bizi izləyin

Ölkə futbolu

Sevindirən oyun, təəssüfləndirən nəticə

blank
blank

“Qarabağ” tərifə layiqdir, amma təkcə dünən göstərdiyi oyuna görə yox. “Bazel”lə matç sadəcə, gözəl alınan sıradan bir matç idi. Ağdamlıları daha çox illərdi davam edən seriyaya, yeniləndikcə əzəmətini itirməyən komandaya çevrilməsinə, ölkəni ən yaxşı şəkildə təmsil etdiyinə görə təbrik etməliyik.

Qurban Qurbanov hər nə qədər oyun stilinə sadiq qalmağa çalışdıqlarını desə də, əslində, komandada çox şey dəyişib. “Qarabağ” indi daha dinamik, daha əzmkar, daha cəsarətli oynayır. Və bunu baş məşqçi israrla əsas heyətdə “bişirdiyi”, yetişdirdiyi, Azərbaycan futboluna qazandırdığı, təcrübəsizliyindən qorxmadığı Abbas Hüseynovla, Toral Bayramovla edir. İllərdi çıltaqlığına, səhvlərinə səbr edərək, tənqidlərə rəğmən, daim güvənərək Mahir Emrelini “Legiya”dan dəvət alacaq səviyyəyə qaldıran Qurbanov indi də yeni nəsli hazırlayır.

Abbasla Toralın üzərində xüsusilə dayanmaq lazımdı. Bu gənclər az qala üç gündən bir meydana çıxır, millidə, Premyer Liqada, avrokubokda vazkeçilməzə çevrilir. Qurban bəy onlara güvənməkdə davam edir, səhvlərini bağışlayır, daha yaxşı olmaları üçün çalışır, cilalayır. “Qarabağ”ı qanadlandıran bu cinah müdafiəçiləri isə ağdamlıların daha çox top saxlamağa hesablanan astagəl futbolunu rəngləndirir, digər futbolçuların da düşünmə sürətini artırır.

“Bazel”lə oyun məhz bu səbəbdən daha yaxşı alındı. Etibarlı müdafiə, işlək cinahlar, dinamik orta sahə… Yalnız hücumdakı tıxacdan gileylənə bilərik, lakin belə oyun tərzi, üslubu ilə qollar mütləq gələcək. İbrahima Vadji “Qarabağ”ın çoxdan arzuladığı hücumçu tipidi, qarşıdakı matçlarda o da sözünü deyəcək. Həm o, həm də digər yeni legionerlər Qurbanovun nöqtə transferləridi. Səbrlə gözləyən, araşdıran baş məşqçi məhz istədiyi oyunçuları sərəncamına gətirib. Bu baxımdan Filip Ozobiçi ehtiyata atan Kadi Borges qeyd olunmalıdı. Bu oyunçu milliləşdiriləndən bəri enişdə olan Filipin gəncliyini xatırladır, hətta bir çox oyun komponentlərinə görə daha yaxşıdı – topu yerində dayanaraq qəbul etmir, ötürmələri də hərəkətlərini bir anlıq dayandırmadan edir.

Və bu “Qarabağ” dünən “Bazel”ə futbol dərsi keçdi, Azərbaycan və Avropa futbolu arasındakı səviyyə fərqində uçurumu ustalıqla gizlətdi. Qələbə qolu gəlmədi, amma hətta məğlubiyyət halında belə eyni cümlələri yazacaqdım. Qrupda bir-birindən ciddi şəkildə fərqlənməyən 4 komanda var, ilk turda qolsuz heç-heçələr reallaşdığından hamısı eyni pilləyə şərikdi. Bununla belə, dünənki matçda oyun keyfiyyəti baxımından “Qarabağ” favorit göründü.

Təbii ki, qələbə reallaşsaydı, daha yaxşı olardı. Çünki rəqiblər ağdamlıların məhz bu oyununu analiz edəcək, ona qarşı daha yaxşı hazırlaşacaq. Bu səbəbdən qrupdan çıxmaq daha da çətinləşəcək. Lakin “Qarabağ” eyni tempdə davam etməyi bacarsa, hətta lider olmaq mümkündü. Yaxşı oyunla bağlı eyforiyaya qapılmadan, gözəl futbolu əla nəticələrlə taclandıraraq daha bir ilkə imza atmaq realdı.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-08 00:56

ÇL-də ilk finalçı bəlli oldu

blank
Dünya futbolu2024-05-08 00:28

“Beşiktaş” finalda

blank
Dünya futbolu2024-05-07 23:19

“Çelsi”dən “Fluminense”yə

blank
Milli komanda2024-05-07 22:55

AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama

blank
Digər idman növləri2024-05-07 22:25

“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

blank
Digər idman növləri2024-05-07 21:37

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm