Digər idman növləri
Sisipas reytinqdə bir pillə irəliləyəcək
Stefanos Sisipas Los-Kabosda keçirilən turnirin qalibi olub. Finalda o, Aleks De Minauru 6:3, 6:4 hesablı setlərlə məğlubiyyətə uğradıb. Qeyd edək ki, yunanıstanlı tennisçi rəqibi ilə keçirdiyi 10 oyunun hamısında qalib gəlib.
Bu, Sisipasın karyerasında 10-cu tituludur. O, ilk dəfədir ki, açıq məkanda sintetik kortlarda çempion olur. Buna qədər Stefanos otda, torpaqda və qapalı məkanlardakı sintetik kortlarda titul qazanmışdı.
Bu çempionluq sayəsində yunanıstanlı tennisçi reytinq cədvəlində də irəliləyəcək. Sabah dərc ediləcək yeni reytinq cədvəlində o, norveçli Kasper Ruudu keçərək 4-ci pilləyə yüksələcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar