Dünya futbolu
“Slaviya” rəsmisi: “Fəridin performansını nəzərə alıb, bu qərarı verdik”
Çexiyanın “Slaviya” klubunun idman direktoru Jiri Bilek Fərid Nəbiyevin Jijkov “Viktoria”sına transfer olmasına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, Praqa təmsilçisinin rəsmisi bu keçidin 2 klub üçün dorğu olduğunu deyib:
“Fərid Nəyevin yaşını və performansını nəzərə alaraq, bu qərarı verdik. Fikrimcə, Fəridin yeni komandaya keçməsini həm klub, həm də özü üçün uğurlu hesab etmək olar”.
Azərbaycanın U-21 millisinin üzvü “Slaviya”nın gənclər komandasında oynayırdı. O, qış fasiləsində II liqa təmsilçisi “Viktoriya”ya transfer olub.