Dünya futbolu
Sloveniyada çempionatın bərpa tarixi açıqlandı
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Sloveniya çempionatının nə vaxt bərpa olunacağı rəsmən bəlli olub.
Futbolinfo.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytı mili çempionatın iyunun 5-də qaldığı yerdən davam etdiriləcəyini açıqlayıb.
Oyunlar azarkeşsiz keçiriləcək. Bundan başqa, futbolçular, məşqçilər və matçlar zamanı çalışan digər bütün şəxslər gigiyenik qaydalara xüsusi əməl etməlidilər.
Sloveniya kubokunda yarımfinal qarşılaşmaları iyunun 9-10-na, final görüşü isə ayın 24-nə təyin olunub.
Qeyd edək ki, Sloveniyada çempionatlar martın əvvəlindən koronavirusa görə dayandırılmışdı. Geridə qalan 25 tur ərzində 50 xal toplamış lider Lyublyana “Olimpiya”sı ən yaxın izləyicisindən 5 xal öndə qərarlaşıb.