Dünya futbolu
SOCAR üçün növbəti iddia – bu dəfə “Kocaelispor”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adı Türkiyə klubları ilə birgə hallanmaqda davam edir. Yerli medianın iddiasına görə, adıçəkilən şirkət komandalardan biri ilə əməkdaşlıq etmək israrını davam etdirir.
Futbolinfo.az saytı xəbər verir ki, müxtəlif vaxtlarda Türkiyənin nəhəng klubları ilə sponsorluq danışığı apardığı bildirilən SOCAR indi də “Kocaelispor” üçün namizəd göstərilib. Kocaeli təmsilçisi özü də klubun maliyyə durumunu yaxşılaşdıracaq bir şirkətlə əməkdaşlıqda maraqlıdır.
Rəhbərlik bununla heyətini gücləndirmək və yenidən Super Liqada mübarizə aparmaq fikrindədir. Stadion sponsorluğu üçün isə bir neçə şirkətlə danışıq aparılır. Arenanın adının verilməsi ehtimal olunan şirkətlər sırasında məhz SOCAR da var.
Qeyd edək ki, “Kocaelispor” hazırda Türkiyənin II liqasında çıxış edir.