Dünya futbolu
Sottil gedir, “Udineze” sabiq məşqçisini geri qaytarır
“Udineze” baş məşqçi Andrea Sottili istefaya göndərəcək. Klubun sahibi olan Pozzo ailəsi qərarını verib.
Futbolinfo.az xəbər verir ki, A Seriyasında 9 oyuna qələbə qazanmayan udinelilərin vəziyyəti yaxşı deyil. Komanda 6 matçda heç-heçə etməyi bacarıb, lakin bu xallar komandanın hədəflərinə uyğun deyil. Buna görə klub rəhbərliyi məşqçii dəyişməyə hazırlaşır.
2022-ci ilin yayından “Udineze”yə rəhbərlik edən 49 yaşlı mütəxəssis ötən mövsüm əla komanda formalaşdırmışdı. Lakin yeni mövsümə uğursuz başlamaq onun xidmətlərini unutdurub.
Sottilin xələfi də bəllidir. Udinelilər baş məşqçi postunu Qabriel Koffiyə tapşıracaq. O, 2020-22-ci illərdə “Udineze”də çalışıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı