Ölkə futbolu
Stanoyeviç: “Mahir hara getsə, uğurlu olacaq”
“Konyaspor”un sabiq baş məşqçisi Aleksandar Stanoyeviç Zaqreb “Dinamo”sunda çıxış edən Mahir Emrelidən danışıb. Futbolinfo.az-a açıqlama verən serbiyalı mütəxəssis futbolçumuzu tərifləyib.
O, sosial şəbəkələrdə adından yayılan “Mahir tənbəldir, amma istedadlıdır” fikirlərini təkzib edib. Stanoyeviç bildirib ki, bu ifadələri işlətməyib: “Heç zaman belə söz deməmişəm. Bunları kim deyirsə, axmaqlıqdır. Mahir çox çalışqan futbolçudur. İndividiual olaraq da üzərində işləyir. Fikrimcə, o, hara getsə, uğurlu olacaq”.
Qeyd edək ki, Aleksandar Stanoyeviç ötən mövsüm “Konyaspor”da işləyib və Mahir Emreli yarım mövsüm onun rəhbərliyi altında çıxış edib.