Digər idman növləri
Stiv Kerr ilə rekord məbləğə müqavilə
“Qolden Steyt Vorriors” komandası baş məşqçi Stiv Kerr ilə yeni müqavilə imzalayıb. Sözləşmənin uzadılması MBA tarixində rekorddur.
Tərəflər arasında əməkdaşlıq daha iki illiyinə artırılıb. Bu müddət ərzində klub baş məşqçiyə 35 milyon dollar ödəyəcək.
Qeyd edək ki, mütəxəssisin sözləşməsi bu yay başa çatmalı idi. İndi isə o, 2026-cı ilə qədər komandada qalacaq. Eyni müddətə komandanın lideri Stiv Körrinin də müqaviləsi var.
Onu da bildirək ki, “San Antonio Spörs”ün baş məşqçisi Qreq Popoviç Kerdən daha çox pul alır. Lakin o, baş məşqçidən başqa həm də klubun prezidentidir.