Dünya futbolu
Stiven Cerrardda koronavirus aşkarlandı
İngiltərənin “Aston Villa” komandasının baş məşqçisi Stiven Cerrardda koronavirus aşkrlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Onun sonuncu COVİD-19 testi müsbət nəticə verib. Bu üzdən də 41 yaşlı mütəxəssisin Premyer Liqa çərçivəsində “Çelsi” və “Lids”ə qarşı keçiriləcək növbəti matçlarında iştirak edə bilməyəcəyi diqqətə çatdırılıb. Sözügedən matçlar dekabrın 26-da və 28-də baş tutacaq.