Bizi izləyin

Ölkə futbolu

Süleymanov Musayevli “Sabah”ın uğur sirrini açıqladı

blank
blank

Avrokubokların debütantı “Sabah” Konfrans Liqasında öz ölkəsinin top-klublarından olan təcrübəli “Partizan” üzərində möhtəşəm qələbə qazandı. Yeni mövsümdə 4 rəsmi qarşılaşma (3 avrokubok, 1 çempionat)-maksimum nəticə!
Azərbaycan şərtlərinə görə “Sabah”ın maliyyə imkanları normaldır, maksimum deyil. Nəticələr
milyonluq futbolçuların, saysız-hesabsız əcnəbi oyunçuların hesabına qazanılmır, yerlilərlə legionerlərin vəhdəti, sistem halına salınması hesabına əldə edilir…
Ötən il oktyarb ayının əvvəllərində İtv kanalında yayımlanan “Bol idman” verilişində Kənan Hakimovla bir saatlıq qarşılıqlı dialoq, sinxron tamamlama, fikir mübadiləsi şəklində keçən proqramda, futbolumuzda baş verən ümumi problemlərlə yanaşı, “Sabah” haqqında da söhbət açmışdıq…
Ötən mövsümün finişi, avrokuboklar çox uzaqda idi hələ, qış fasiləsinə aylar qalmışdı…
Verilişdə baş məşqçi Murad Musayev amilini xüsusi qabartmış, təcili müqaviləsinin artırılmasını məsləhət görmüşdüm. Səbəbsiz deyildi…
İlk öncə xüsusi vurğulayım, Murad Musayevi “Sabah”a dəvət edən, güvənən, əməyi keçən hər kəsə alqış düşür. Yeni yaradılmış klubda bir çox məşqçi sınaqdan keçirilmiş, göndərilmiş, yeni lotoreya alınmışdı. Görünən odur ki, klub rəhbərliyi son seçimində “cek-pot” udub…
Böyük futbol dərin analizlərə söykənməlidir, populizmlə, emosiyalarla uzağa gedilə bilməz. Ən yaxşı halda, qısa vaxt kəsiyində kütlə psixologiyasına müəyyən təsir qüvvəsi yarana bilər, şar kimi dolub partlayana və ya boşalana kimi…
Murad Musayev nəyin hesabına uğur qazana bilir? Baş məşqçi ilə heç vaxt görüşməmişəm, ünsiyyətim olmayıb. Bu, vacib də deyil. Önəmli olan, meydanda göstərilən futbol biliyinin, elementlərinin sezilməsi, görülməsidir…
Çalışdırıcı xarizmalı, çılğın, qətiyyətli olduğu qədər də səmimidir. Oyunlarda tez-tez emosional hala düşməsi, özündən çıxması araqatmaq, bəhanələrə hazırlaşmaq, uğursuzluğa bəraət qazandırmaq anlamına gəlmir, ruhən, təbii olaraq baş verir. Bu, futbolu aşan daha dərin fəlsəfədir…
Uğurun təməli, getdiyin yolu bilməyindədir. Murad Musayev getdiyi yolu öncədən bilir və buna uyğun hərəkət edir. “Sabah”ın bu gün qazandığı nəticələr təsadüfi deyil! Nəyin necə ediləcəyini bilmək, atdığın addımların doğruluğuna daxilən inanmaq, bacarıq, savad, işgüzarlıqla yanaşı, ilahi qüvvədir! Bunun adı – istedaddır!
Bu keyfiyyətlərdən irəli gələn özgüvən Murad Musayevə “ağlamağa” imkan vermir, gecə-gündüz transferlərdən, çətinliklərdən, faizlərdən, “mənim komandam deyil”lərlə gileylənmir. Çalışdırıcı imkanlara uyğun, əlinin altında olanlarla öz futbol fəlsəfəsini, sistemini ortaya qoyur…
Kaşuk kimi futbolçu gedir, Mikels yol üstədir, zədəlilər, cəzalılar problem yaradır, fərq etmir, baş məşqçi vəziyyəti dərk edərək öz yolundan dönmür, çıxış yollarını axtarır, bilik bacarığı, kompensasiyası sayəsində boşluqları doldurur. Belə yanaşma, dözülməz iş qabiliyyəti tələb edir…
Murad Musayev özü üçün dəstə yığmır, çünki, gördüyü işin doğruluğuna güvənir, heç nədən çəkinmir, yerini itirməkdən qorxmur. Əsl lider keyfiyyətidir! Öz komandası tərkibinə qapıçılar üzrə məşqçi gətirmir, Milli Qəhrəmanımız Yuri Kovalyovun qardaşı, hörmətini saxladığımız, qoruduğumuz Vitali Kovalyova güvənir…
Milli dəyərlərimizə qiymət vermək, futbolla yanaşı, eyni zamanda baş məşqçinin mənəvi qabiliyyət dərəcəsidir. Qapıçı mövqeyi çox ağır məsuliyyətdir. Gənc Yusif Imanova güvənmək, Murad Musayevlə birgə, qapıçılar üzrə məşqçi Vitali Kovalyovun da gündəlik əməyinin, sağlam işbirliyinin bəhrəsidir…
Böyük futbolun öz qanunları var, ya öz sisteminə uyğun futbolçular gətirməlisən, ya da əlinin altında olanlara uyğun addım atmalısan, vəziyyətdən çıxmağa çalışmalısan. Murad Musayev kluba gələndən heyəti nəinki tam, heç əlli faiz olaraq dəyişməyib. Futbolçuların əksəriyyəti keçmişdən qalanlardı…
Çalışdırıcı öz fəlsəfəsini futbolçulara aşılayaraq, inandıraraq, möhtəşəm sistem balansı yarada bilib. Avropa futbolu baxımından, orta səviyyəli, sıradan futbolçuların potensialını açır, günü-gündən inkişaf etdirir, özlərinə inamını artırır, vahid komanda halına salır. Baş məşqçi ən çətin yolu seçib. Futbol adına böyük güc, bilik tələb edən fantastik yanaşmadır…
Murad Musayevin ən dəyər veriləcək keyfiyyətlərindən biri də yerli futbolçulara olan münasibəti, onlara güvənməsi, özünə inandırmasıdır. Sirr deyil, bizim futbolçularla çalışmaq, onları böyük hədəflərə hazırlamaq asan məsələ deyil…
Qarşılıqlı inam, çalışqanlıq, səmimi peşəkar mühitin yaradılması, futbolçularımızın inkişafını təmin edir. Deməli, problem yerli futbolçuların bacarıqsızlığında, kütləvi intizamsızlığında, tənbəlliyində yox, onlarla necə çalışmaq lazım olduğundadır. “Sabah”da yerli futbolçuların potensialının açılması göz önündədir…
Böyük futbolda fiziki/funksional hazırlıq yerində deyilsə, texniki/taktiki, fərdi göstəricilərlə yanaşı komanda oyunun sistemə salınması, sürətli, aqressiv, dayanıqlı futbolun sərgilənməsi mümkünsüzdür. Murad Musayev bu amilə xüsusi diqqət yetirir, hiss olunur ki, məsələyə futbol elmi tərəfdən yanaşır.
Muasir futbolda digər komponentlərlə yanaşı psixoloji hazırlığın xüsusi rolu var. Murad Musayev özünə xas olan və inam gətirən psixoloji güvənliyini komandaya da aşılaya bilir, meydanda mübarizliyi, sona kimi döyüşgənliyi futbolçularda təmin edir. Təcrübəsiz komandanın avrokuboklarda “Partizan”a dərs keçməsi sıradan bir olay deyil…
Murad Musayev taktiki baxımdan çox savadlı və kreativdir. Baxımlı, birnəfəsə futbolun oynanılmasına üstünlük verməklə yanaşı, intizamın, komanda oyununun yerində olmasına xüsusi diqqət yetirir. Baş məşqçinin taktiki fəlsəfəsini bir cümləyıə ifadə etsək, “Hamı bir nəfər – bir nəfər hamı üçün” devizi yerinə düşər.
İstənilən komandada baş məşqçi faktoru mühüm əhəmiyyət kəsb edir. Buna rəğmən, futbol komanda oyunu olduğu kimi, klub fəaliyyəti də bir komanda halına gətirilməlidir.
“Sabah”ın qazandığı uğurlarda məşqçi/futbolçu amili ilə paralel klub sponsorlarının, idarəçiliyinin müstəsna xidmətləri var…
Çempionat öz yerində, avrokuboklara hazırlıq mərhələsində “Sabah” paytaxtın hazır vəziyyətdə olan digər stadionlarına üstünlük verə bilərdi. Ən doğru yol seçildi, Masazır qəsəbəsində yerləşən, artıq doğma ev statusu daşıyan stadion UEFA tələbləri səviyyəsinə gətirildi…
“Sabah”ın ən böyük uğurlarından biri, Bakı statusu komandasından uzaqlaşmasıdır. Belə demək mümkündürsə, komanda Abşeron yarımadasının əsl bölgə klubuna çevrilib. Bu yanaşma “Sabah”a olan simpatiyanı günü-gündən artırır və yeni yaranmış klubun öz azarkeş ordusu formalaşır. Bu yöndə işlər davam edilsə, komanda yaxın gələcəkdə bütün oyunlarını dolu tribunalar önündə keçirəcək…
Qısa vaxtda klubun bu səviyyəyə gəlib çatmasında təsisçi/sponsorun, kollektivə nəzarət edənlərin gözəgörünməz əməyi danılmazdır. Bu günə kimi klubun yaradılmasında, formalaşmasında, dirçəlməsində, iddiasında, təbliğatında əziyyəti olan hər kəsin, bu qələbələrdə payı var…
“Sabah” klubu üçün yolun başlanğıcıdır. Eyforiyaya qapılmadan Belqrad səfərinə ciddi hazırlaşılmalıdır. “Partizan” elə bir klubdur ki, azarkeşlərin dəstəyindən daha çox, qorxusundan istənilən oyunda geridönüş edə bilər. Fanatları rəqib üzərinə təzyiqlə birgə, öz komandasını da irəli, qələbəyə səsləyə bilir…
“Sabah” ilk cəhddəcə inanılan/inanılmaz qrup yolunu keçə, Azərbaycan futbolu adına yeni tarix yaza bilər. Bu yolda bütün futbol ictimaiyyəti öz dəstəyini əsirgəməməlidir.
“Sabah”ın qələbəsi, sabah Azərbaycan futbolunun ümumi qələbəsinə çevrilə bilər!

TAHİR SÜLEYMANOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm