Digər idman növləri
Şumaxer 10 ildən sonra ilk dəfə görünə bilər
Əfsanəvi alman pilot Mixael Şumaxer 10 illik fasilədən sonra insanların arasına çıxa bilər. 2013-cü ilin dekabrında xizək sürərkən aldığı xəsarətdən sonra komaya düşən idmançını həkimlər və ailəsindən başqa kimsə görməyib.
İtaliya mətbuatının yaydığı məlumata görə, yayda Şumaxerin qızı Cina-Mariyanın nikah mərasimi olacaq. Onun Yan Beltke ilə nikahı İspaniyanın Malyorka şəhərində baş tutacaq. Bu şəhərdə Şumaxerin şəxsi iqamətgahı var. Deyilənə görə, Mixael son vaxtlar orada müalicə olunur. Nikahın Malyorkada keçirilməsi Şumaxerin mərasimdə iştirak edəcəyindən xəbər verir.
Məlumata görə, mərasimdə gücləndirilmiş mühafizə xidməti olacaq. Yad insanlar və mətbuatın girişinə imkan verilməyəcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu