Ölkə futbolu
“Sumqayıt” “Sabah”ın oyunçusunu istəyir
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” gələn mövsüm də elitada çıxış edəcəyinə əmindir.
Futbolinfo.az saytı xəbər verir ki, autsayder “Şamaxı”dan 5 xal öndə olan “gənclik şəhəri” təmsilçisinin son üç turda üstünlüyü əldən verməsi gözlənilmir. Bu üzdən “kimyaçılar” növbəti mövsümün heyətini qurmaq üçün transfer siyahısı hazırlamağa başlayıb.
Əldə etdiyimiz məlumata görə, baş məşqçi Samir Abasovun sərəncamında görmək istədiyi ilk oyunçu da məhz “Şamaxı”dandır. Çalışdırıcı hazırda bölgə təmsilçisində icarə əsasında çıxış edən Kamran Quliyevin xidmətində maraqlıdır.
Müqavilə ilə “Sabah”a məxsus olan 23 yaşlı hücumçu özü də daha iddialı komandada oynamaq arzusundadır. “Sabah”ın hücum xəttindəki rəqabət güclü olduğundan, baş məşqçi Murad Musayev onu növbəti mövsümün planlarına da daxil etməyib. Bu üzdən Quliyevin “Sumqayıt”a icarəyə verilməsi istisna deyil.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı