Ölkə futbolu
“Sumqayıt” üçün “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı rəqib
“Sumqayıt” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, 1924-cü ildə əsası qoyulan bu komanda Belqrad şəhəri yaxınlığındakı Çukaritsa əyalətini təmsil edir.
“Sumqayıt”ın rəqibi ötən mövsümü lider “Partizan”dan 34 xal geridə, 3-cü pillədə tamamlayıb. Ev oyunlarını 4070 nəfər azarkeş tutumu olan “Çukariçki” stadionunda keçirən Serbiya təmsilçisi 1996 və 1997-ci ildə UEFA İntertoto Kuboku, 2014/15, 2015/16, 2016/17 və 2019/2020 mövsümlərində Avropa Liqasının təsnifat mərhələlərində iştirak edib. 2015/16 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan bu komanda ümumi hesabda 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. “Çukariçki” 2014/15 mövsümündə Serbiya Kubokunun qalibi, 2014/15, 2015/16 və 2020/21 mövsümlərində Serbiya çempionatının bürünc medalçısı olub.
Qeyd edək ki, “Çukariçki” – “Sumqayıt” qarşılaşması iyulun 21-də keçiriləcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Dünya futbolu2024-04-17 16:41
Daha bir özbək İtaliyaya köçür