Premyer-liqa
“Sumqayıt”da yeni debütant
Azərbaycan Premyer Liqasının 16-cı turunda keçirilən “Sumqayıt” – “Zirə” qarşılaşması meydan sahiblərinin gənc futbolçusu Nəbi Məmmədov üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, ikinci hissədə Xəyal Nəcəfovun əvəzinə meydana daxil olan 1999-cu il təvəllüdlü yarımmüdafiəçi Premyer Liqada debüt oyununu keçirib.
Bununla da, “Sumqayıt”ın heyətində cari mövsümdə meydana çıxan limitə uyğun futbolçuların sayı 6-ya yüksəlib.
- Elvin Cəfərquliyev – 26.10.2000-ci il / 13 oyun (1002 dəqiqə) – 2 qol.
- Səbuhi Abdullazadə – 18.12.2001-ci il / 13 oyun (752 dəqiqə).
- Süleyman Əhmədov – 25.11.1999-cu il / 12 oyun (758 dəqiqə).
- Murad Xaçayev – 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).
- Rüfət Abdullazadə – 17.01.2001-ci il / 2 oyun (21 dəqiqə).
- Nəbi Məmmədov – 20.08.1999-cu il / 1 oyun (3 dəqiqə).