Ölkə futbolu
“Sumqayıt”da yeni təyinat
“Sumqayıt” Futbol Klubunun əsas komandasının məşqçilər korpusunda yeni təyinat baş tutub.
Futbolinfo.az xəbər verir ki, 2016-2020-ci illərdə bu komandanın uğurları üçün çalışmış Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, komandada keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Sumqayıt” FK ilə yanaşı “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb.
Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə Birinci Divizionun gümüş medallarına yiyələnib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”