Müsahibə
“Sumqayıt”ın legioneri: “Şansını dəyərləndirə bilmirsənsə, xalsız qalmalısan”
“Sumqayıt”ın liberiyalı futbolçusu Tisdel Terrensin futbolinfo.az-a müsahibəsi
– “Qəbələ”yə uduzmağınızın səbəbi nə idi?
– Fikrimcə, onlara qarşı meydanda yaxşı idik. Heç də pis oyun oynamadıq. Bu, futboldur və bəzən layiq olduğun şeyləri əldə edə bilmirsən. Bir neçə səhvlərdən sonra oyunu uduzursan və nəticə pis olur. “Qəbələ” ilə matçda da yeni cür oldu. Kiçik səhvlər həlledici rol oynadı.
– Yəni qalib gələ bilərdiniz…
– Birinci hissəyə baxsanız, görərsiniz ki, xeyli sayda qol şansı yaratmışıq. Amma bundan istifadə edə bilmədik. Belə şeylər futbolda normaldır və mən bunu qəbul edirəm. Əgər şansını dəyərləndirə bilmirsənsə, xalsız qalmalısan.
– Vəziyyətin dəyişməsi üçün nə lazımdır?
– Bizim çox sayda yeni oyunçumuz var. Amma fikrimcə, komanda yaxşısını etmək üçün çalışır. Bizim bir az zamana ehtiyacımız var. Bir-birimizi yaxşı başa düşmək üçün vaxt lazımdır. Bundan sonra çox şey fərqli olacaq.
– Azərbaycan liqasını bəyəndin?
– Mən inanıram ki, burada liqanın səviyyəsi yüksəkdir. Əslində, bunu görürük də. Xeyli sayda keyfiyyətli futbolçu Premyer Liqada çıxış edir. Üstəlik, klubların şəraiti də yaxşı səviyyədədir. Bütün bunlar keyfiyyətli futbola, güclü mübarizəyə təsir edir. Burada yaxşı nəticələ qazanacağıma ümidliyəm.
– Növbəti oyununuz “Kəpəz”ə qarşı olacaq…
– Evdə “Kəpəz”lə üz-üzə gələcəyik. Qələbəyə çox inanıram. Çünki bütün komanda buna hazırlaşıb. Birlikdə əla hazırlıq keçmişik.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…