Dünya futbolu
Super Liqa klubu kapitanı ilə vidalaşdı
“Antalyaspor” kapitanı Hakan Özmərtlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
37 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, aşağı liqa təmsilçisi “Bodrumspor”la bu mövsümün sonuna kimi anlaşıb.
Hakan 2018-ci ildən “Antalyaspor”un uğurları üçün çalışırdı. Yarımmüdafiəçi 2007-2010-cu illər aralığında da bu komandanın formasını geyinib. “Antalyaspor”da bütövlükdə 188 oyun keçirmiş futbolçu 15 qol vurub. O, “Karabükspor”, “Sakaryaspor”, “Orduspor”, “Başakşəhər”, “Kasımpaşa” və “Sivasspor”un da formasını geyinib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı