Dünya futbolu
Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi əlcəzairli yarımmüdafiəçi Zinedin Ferhatı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Nim”in formasını geyinən 29 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün, Alanya təmsilçisinə azad agent kimi keçib. Onunla 2 illik müqavilə imzalanıb. Futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Zinedin Ferhat 2019-cu ildən “Nim”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 71 oyuna çıxıb, 9 qol vurub. Yarımmüdafiəçi daha öncə Fransada “Havr”, ölkəsində “Alger” komandalarının da formasını geyinib. O, Əlcəzair yığmasında da 13 oyuna çıxıb.
“Alanyaspor” öz yarımmüdafiəçisi Emircan Altıntaşı da “Rizəspor”a icarəyə verib. 27 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər Rizə klubunun uğurları üçün çalışacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib