Dünya futbolu
Super Liqa klubunda yoluxma sayı 17-yə çatdı, oyun təxirə salındı
Türkiyənin “Hatayspor” komandasında koronavirusa yoluxan futbolçuların sayı artıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ömer Erdoğanda və daha 11 oyunçuda koronavirus aşkarlanıb.
Bununla da “Hatayspor”da koronavirusa yoluxan futbolçuların sayı 17-yə çatıb. Klub çalışanları arasında da koronavirus testi müsbət nəticə verənlər var.
Kütləvi yoluxma ilə əlaqədar sözügedən komandanın Türkiyə Super Liqasının 5-ci turu çərçivəsində keçirilməli olan “Ərzurumspor”la qarşılaşması təxirə salınıb. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan matçın nə vaxt baş tutacağı sonra müəyyənləşəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd