Dünya futbolu
Super Liqa klubundan bir gündə dörd transfer!
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Avstriyanın “Sankt-Pölkten” klubundan yarımmüdafiəçi Alan Kariusu, “Əskişəhərspor”dan sağ cinah müdafiəçisi Feyzi Yıldırımı, “Boluspor”dan sol cinah müdafiəçisi Yasin Dülgəri, Macarıstanın “Debretsen” klubundan isə yarımmüdafiəçi Kevin Varqanı transfer edib.
Bu barədə “Kasımpaşa”nın rəsmi saytı məlumat yayıb. Alan Kariusla 2, Feyzi Yıldırım və Yasin Dülgərlə 3, Kevin Varqa ilə 3+1 illik müqavilə imzalanıb.
24 yaşlı Feyzi Yıldırım “Əskişəhərspor”un öz yetirməsidir. O, müxtəlif illərdə “Afyonspor”, “Nazilli Belediyespor”, “Niğde Belediyespor” kimi klublarda icarədə, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.
“Boluspor”in yetirməsi olan Yasin Dülgər də 24 yaşındadır. O da “Nevşehir Belediyespor, “Nazilli Belediyespor”, “Çorum Belediyespor”, “Ərzincanspor” klublarında icarədə çıxış edib.
Macarıstan yığmasının da üzvü olan Kevin Varqa “Debretsen”in yetirməsidir. 24 yaşlı futbolçu qısa müddət “Balmazuyvaroş”, “Çiqand” kimi klublarda icarədə də olub.
23 yaşlı Alan Karius isə Braziliyadandır. O, bu ilin mart ayından “Sankt-Pölten”də çıxış edir. Yarımmüdafiəçi karyerası ərzində “Volta Redonda”, LASK, “Yuniors”, “Blau Vays Lins” və “Vila Nova” kimi klublarda da forma geyinib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza