Dünya futbolu
Super Liqa klubundan bir yeni transfer, iki ayrılıq
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Krotone” klubundan Qodfred Donsahı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Donsah 2021-ci ilin yayından “Krotone”də çıxış edirdi. Qana yığmasının üzvü daha öncə Türkiyədə “Rizəspor”un da formasını geyinib. O, karyerası ərzində “Verona”, “Kalyari”, “Bolonya” və “Serkl Brügge” kimi klubların da uğurları üçün çalışıb.
“Yeni Malatyaspor” öz oyunçularından Hasan Özkan və Valter Bvalya ilə də yollarını ayırdığını açıqlayıb. Onların hər ikisi ilə müqavilə qarşılıqlı razılıq əsasında xitam verilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var