Ölkə futbolu
“Səbail”dən növbəti transfer: “Zirə”dən icarəyə götürdülər
“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib. “Dənizçilər” Azərbaycanda transfer pəncərəsinin bağlanmasına saatlar qalarkən İlkin Muradovu heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, “Zirə”yə yeni transferlərin gəlişindən sonra heyətə düşməsi inandırıcı görünməyən dayaq yarımmüdafiəçisi mövsümün sonuna kimi Bayıl təmsilçisində icarədə olacaq. Qəsəbə təmsilçisinin bu futbolçunu 21-ci turda yalnız oyuna əlavə olunmuş dəqiqələrdə meydana buraxması, dünən isə adını ümumiyyətlə, matçın protokoluna daxil etməməsi bununla bağlı imiş.
“Zirə”nin İlkinin gedişini, “Səbail”in isə transferin reallaşmasını elan etməməsi sözügedən komandaların dünən üz-üzə gəlməsi ilə bağlı idi. Bayıldakı matçlarda Muradovun yeni komandası keçmiş komandasını 2:0 hesabıyla məğlub etdi, futbolçu isə görüşü kənardan izlədi. Artıq növbəti turda İlkini “Səbail” formasında meydanda görə biləcəyik.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı